OSLODA VİKİNQLƏRİN MƏZARI TAPILDI – FOTO

Oslo Universitetinin bir qrup arxeoloqu içərisində qalxan qalıqları və müxtəlif məzarlıq əşyaları olan Vikinqlər dövrünə aid məzar aşkar ediblər.

Qədim məzar Oslonun mərkəzindən şimaldakı yaşayış massivində bina inşaatı zamanı aşkar olunub.

Arxeoloqlar zəngin bəzədilmiş vikinq məzarıdan zəng, oraq, iki bıçaq və s. bu kimi qədim əşyaları götürməyə müvəffəq olublar.

Onların eramızın 850-1000-ci illərinə aid olduğu bildirilib.

 

Mənbə: gazeta.ru