Onlayn İslamofobiyaya qarşı kampaniya başlayıb

Onlayn İslamofobiyaya qarşı kampaniya başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kanadanın Müsəlman Qadınlar Şurası (CCMW) sosial şəbəkələr və internet sersuslarında müsəlmanlar əleyhinə aparılan onlayn İslamofobiyaya qarşı media kampaniyası başladıb.  

Bu media vasitəsi ilə sosial şəbəkələr və kütləvi informasiya vasitələrində müsəlmanlar əleyhinə aparılan anti-İslam təbliğatlar izləniləcək, şübhələrə cavablar veriləcək və qadınlara islamofobiya ilə mübarizə üçün təlimlər veriləcək.

Bu media kampaniyası İslami İrs adlanan Oktyabr ayında #Hate۲Healing həştəgi il keçiriləcək.

İslamofobiya və irqçilik əleyhinə başladılan bu kampaniya çərçivəsində kanadalı müsəlman xanımlar öz həyat təcrübələrini video formatında insanlarla bölüşəcəklər.

Videoçarxlarda insanların başına gələn dastanlar və islamofobiya barədə indiyədək deyilmən hadisələr danışılacaq.

Xatırladaq ki, on il ərzində Kanada da islamofobiya və iqrçi radikalizm çoxalıb. Belə ki, 2012-ci ildə Kanadada baş vermiş 45 islamofobik cinayətin sayı 2018-ci ildə 181-ə çatmışdı. Bu rəqəm 2020-ci ildə isə azalaraq 82 olmuşdu.

Kanada və digər Avropa ölkələrində islamofobik cinayətlər daha çox qadınlara qarşı həyata keçirilir. Bu cinayətlərə əsasən sosial şəbəkələrdə və onlayn görüşlərdə rast gəlmək olur.

Qeyd edək ki, Kanadada müsəlmanların da sayı sürətlə çoxalır. Son rəsmi hesablamalara görə, keçə on il ərzində (2001-2021) müsəlmanların sayı 82 faiz çoxalaraq 579 nəfərdən 1 milyondan çoxa çatıb./iqna