Onkoloji xəstələr üçün bir neçə terapiya və dərman preparatları maliyyələşdiriləcək

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, xərçəng xəstələrinin tam dəyərli müalicəyə çıxış imkanlarını artırmaq üçün ümumi sağlamlığın qorunması üzrə dövlət proqramında əhəmiyyətli dəyişikliklər edilib.

Səhiyyə Nazirliyinin qərarına əsasən, respublika üzrə bütün xərçəng xəstələrinə hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək.

“Onların arasında illik gəliri 40 min laridən çox olan xəstələr də var. Dəyişiklikdən əvvəl bu xidmətlər maliyyələşdirilmirdi. Xəbər sığortalı veteranlara da təsir edəcək.

Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər əlçatan olacaq. Dəyişiklik artıq Gürcüstan hökuməti tərəfindən təsdiqlənib”, – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur./1tv.ge