Omanın Vəqflər Naziri Məhəmməd ibn Səid Əl-Məməri və Elmi Hövzələrin Ali Şurasının üzvü, Məsləhət Şurasının Sosial və Mədəniyyət Komissiyasının rəhbəri Ayətullah Ərakinin iştirak etdiyi mərasimdə, Omanın ən böyük şiə məscidi “Camius-Salam” məscidinin açılışı olub.
Omandan bir qrup şiə və sünni alimi və ərəb ölkələrindən bir sıra şiə alimlərinin iştirakı ilə keçirilən bu mərasimdə Omanın Əl-ləvatiyə qəbiləsinin şeyxi və keçmiş kənd təsərrüfatı naziri doktor Fuad Əl-Cavani bu məscidin xatirə lövhəsini Omanın vəqflər nazirinə təqdim edib.
Maskatda 30000 kvadratmetr ərazidə yerləşən “Camius-Salam” məscidi Omanın Əl-ləvatiyə Vəqflər Administrasiyasının səyləri ilə 12820 kvadratmetr sahə ilə inşa edilmişdir./iqna