OLİVER VARHEİ – GÜRCÜSTAN VƏ Aİ ARASINDA ELEKTRİK KANELİ LAYİHƏSİ REGİONUN HƏSSASLIĞINI AZALDACAQ

Enerji resursları ilə təchizat məsələsində Avropa həssasdır, Gürcüstan və Aİ arasında elektrik kabeli layihəsi regionun həssaslığını azaldacaq-bu barədə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhei Brüsseldə Gürcüstan və Avropa İttifaqı arasında elektrik kabeli layihəsinin maliyyələşdirilməsini şərh edərkən jurnalistlərə açıqlayıb.

 

Varhey elektrik kabeli layihəsinin təkcə şərq tərəfdaşları üçün deyil, həm də cənub qonşuluğu üçün vacib olduğunu bildirib.

 

“İlk növbədə qeyd etmək istərdim ki, böhranlar yeni imkanlar yaradır və biz bu yeni imkanlardan istifadə etmək istəyirik. Elektrik kabeli layihəsi hər kəs üçün çox vacib olacaq. Bu plan təkcə Şərq tərəfdaşları üçün deyil, həm də cənubdakı qonşuluğumuz üçün vacibdir. Enerji resursları ilə təchizat məsələsində Avropa həssasdır və bu zaman Cənubi Qafqaz regionu Avropanı yaşıl enerji ilə təmin edə bilər. Bu, həssaslığımızı azaldacaq. Bu layihə ilə biz regionun həssaslığını azaldırıq, çünki biz əsas infrastrukturu birləşdiririk. Biz bir-birimizə kömək edə bilərik. Bağlantı 17 milyardlıq iqtisadi və investisiya planının vacib tərkib hissəsidir. Biz təkcə enerji resursları ilə bağlı deyil, həm də İnternet və nəqliyyat baxımından Qara dənizin əlaqəsini artırmaq istəyirik. Bizə yeni investisiyalar, yeni marşrutlar lazımdır və bu, Cənubi Qafqazın, Şərq Tərəfdaşlığı Təşəbbüsündə iştirak edən ölkələrin və Avropa İttifaqının sabitliyinə töhfə verəcək” -deyə Varhei açıqlayıb./1tv