Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul şəhərdə fövqəladə vəziyyət elan edib.

Buna səbəb poliomielit virusunun yayılmasıdır.

Bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.

İyulun 21-də Roklend qraflığında poliomielit xəstəliyinə yoluxmuş kişi müəyyən edilib. Bu xəstəlik ifliclə nəticələnə bilir. Həkimlər ABŞ vətəndaşının xaricdən gələn əcnəbi tərəfindən yoluxduğunu ehtimal edir.

Bildirilir ki, aşkar edilən və araşdırılan virus vaksin mənşəli poliomielit virusu kimi səciyyələndirilib. Sonuncu dəfə bu virus 1990-cı ildə Nyu-Yorkda qeydə alınıb.

Mənbə: Gazeta.ru