Nyu-York polisi süni zəka sistemi vasitəsilə narkotik alverçisini yaxalayıb

Nyu-York-un hüquq-mühafizə orqanları insanların sürücülük üslublarını analiz edən süni zəka sistemi vasitəsilə narkotik alverçisini yaxalayıblar. Məlumatda qeyd edilib ki, David Zayas adlı şəxs Nyu-York ştatının şimalında yerləşən Skarsdeyl adlı kiçik şəhərdə avtomobili idarə edən zaman polislər tərəfindən saxlanılıb. Avtomobilin yoxlanılması zamanı onun daxilində narkotik vasitələr, odlu silah və 34 000$ nağd pul aşkar edilib. Daha sonra David Zayas narkotik alverçiliyi üzrə günahını boynuna alıb.

    Verilmiş məlumata əsasən cinayətkarın yaxalanması üçün hüquq-mühafizə orqanları regionda yol hərəkəti vəziyyətini analiz etmiş Rekor adlı şirkətin xidmətlərindən istifadə ediblər. Aparılmış monitorinq çərçivəsində şirkətin süni zəka əsaslı alqoritmi David Zayas-ı şübhəli şəxs kimi təyin edib. Rekor şirkəti özünü yol hərəkətinin intellektual idarəsi platforması adlandırır. O, ABŞ-ın polis departamentləri və digər dövlət müəssisələri ilə əməkdaşlıq edir. Nyu-York ştatında həftəlik 16 milyon avtomobili skan edən 480 ədəd kamera quraşdırılıb.

 Skan sistemi öz növbəsində avtomobilin nömrəsini, markasını və modelini təyin edə bilir. Ştat ərazisi üzrə avtomobillərin hərəkət trayektoriyalarını analiz edərək polislər xüsusi proqram təminatı vasitəsilə müəyyən marşrutların şübhəli olub-olmadıqlarını təyin edirlər. David Zayas-ın halında Rekor şirkəti cinayətkarın günlərlə hərəkət etmiş olduğu marşrutun qiymətləndirilməsində polislərə yardımçı olub. Şirkətin süni zəka əsaslı sistemi Zayas-ın günlərlə hərəkət etmiş olduğu marşrutları narkotik alverçilərinin mütəmadi şəkildə istifadə etdikləri marşrutlar kimi tanınan qiymətləndirib. Nəticədə sistem onu narkotika alverçisi kimi təyin edib./technote