NİYƏ BARIŞ DİNİNƏ MƏNSUB MÜSƏLMANLAR DAİM SAVAŞ HALINDA?

NİYƏ BARIŞ DİNİNƏ MƏNSUB MÜSƏLMANLAR DAİM SAVAŞ HALINDA?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün dünyanının 40-a yaxın ölkəsi müharibə şəraitindədir. Demək olar ki, onların əksəriyyəti müsəlman ölkələrinində baş verir. Dünyanın 23 faizini təşkil edən müsəlmanlar yaşayan ölkələrdə elə bir gün yoxdur ki, hücumların, daxili müharibələrin, qırğınların, terrorların və suiqəstlərin xəbərini eşitməyək. Uçqunlar altında qalanlar da müsəlman ailələridi, aclıqdan ölümə tərk edilənlər də, yad ölkələrdə qaçqın və didərgin olanlar da, hətta çaylarda boğulanlar və süngülərdə doğrananlar da.

Niyə biz hər zaman münaqişə zonalarına, hədəflərə çevrilmişik və niyə hey çatışmadayıq. Axı bizim İslam sülh, barış dini deyilmi?. Müsəlman da elə bir kəs deyilmi ki, başqaları onun pisliyindən (dlinindən, əlindən) amanda qalarlar. Ancaq artıq buna dünya insanları inanırmı? Axı müsəlman ölkələrini barış deyil, savaş yurdu olduğunu görürlər.  Müsəlmanların müxtəlif səbəblərlə bir-birinə qənim kəsildiyini seyr edirlər.

Bu gün savaşların bir hissəsi müsəlmanlara qarşı, bir hissəsi müsəlman ölkələri arasında və digər hissəsi isə eyni ölkə vətəndaşı olan müsəlmanlar arasında olmaqdadır.

Təəssüf ki, tarixə baxdığımız zaman Hz. Peyğəmbərimizin (s) vəfatından sonra müsəlmanlar arasında  başlayan qanlı çatışmalar, müharibələr hələ də sürməkdədir. Hz. İmam Əlinin (ə) xəlifəlik zamanında baş verən Cəməl, Siffeyn və Nəhrəvan savaşları və Peyğəmbər (s) ailəsinə, İmam Hüseynə (ə) qarşı olan Kərbəla faciəsinədək baş verənlər təssüfverici vəziyyət davam edir.

Bəzən deyilir bizi kimlərsə bir-birimizin canına salır, ölkələrimizi savaş halına gətirirlər. Gəlin özümüzü səmimi sorğuya çəkək. Doğrudan da hər zaman belədirmi?

Bəs bu vəhşətli və dəhşətli vəziyyətin səbəbi nədir? Nəyin nəticəsində bu hal davam etməkdədir? Mən bir siyasətçi deyiləm. Çox siyasi xırdalıqlara və təhlilə də ehtiyac görmədən düşünürəm ki:

Nə qədər ki, müsəlmanlar tarixdən ibrət götürməyəcək;

Nə zamana qədər ki, İslam dünyasında məzhəb təəsübkeşliyi, millətçilik kənara qoyulmayacaq;

Nə vaxtadək ki, hakimiyyət sevdasından, ekonomik hərislikdən, qruplaşmalardan əl çəkilməyəcək;

Nə qədər ki, yadların mediasına aldanaraq düşməni müsəlmanlar içərisində axtarılacaq və özümüzə yağı düşmən kəsiniləcək;

Nə zamana kimi ki, düşməni bizə “dost” və guya “himayəçi” kimi təqdim etdiklərində bu yalanlara inanılacaq;

Nə vaxta qədər ki, bir müsəlmanın fəryadına dəstək verilməyəcək və digər müsəlman qardaşlar həmrəy olmayacaqlar; Tək bəyanatlarla və qınamalarla seyirci qalınacaq;

Nə zamana qədər ki, böyük sözü eşidilməyəcək, sayılmayacaq, övlad atadan, vətəndaş rəhbərlikdən, dindar ruhanidən önə keçməyə çalışacaq. Hər kəs fərqli avazda və amalda olacaq;

Bir sözlə, Nə qədər ki, Quran ayəsinin birləşin, paylaşın, yardımlaşın, həris və zalım olmayın ayələrinə əməl olunmayacaq və müridlər toplanacaq, nəfsi istəkləri ilə ayələr yozulacaq və izah olunacaq;

Qurtuluşun olmasına inanmaq mümkün deyil. Nə deyim? Allah özü yardımçımız olsun.  Amin!

Ramin İgidov