Nigeriyada İmam Hüseynə (ə) əzadarlıq edən 6 nəfər öldürülüb

Nigeriyada İmam Hüseynə (ə) əzadarlıq edən 6 nəfər öldürülüb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Nigeriya növbəti dəfə İmam Hüseynin (ə) şəhadətinin ildönümündə İmam Hüseyn (ə) əzadarlarına qarşı qanlı hücumun şahidi olub.

Nigeriya polis qüvvələri Zariya şəhərində İmam Hüseyn (ə) əzadarlarının toplaşdığı yerə həqiqi güllələr və qaz bombaları ilə hücum edib. Nəticədə Şeyx Zəkzakinin bacısı oğlanlarından biri də daxil olmaqla azı 6 nəfər şəhid olub və onlarla insan yaralanıb.

Zariya şəhəri Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin doğulduğu yerdir.

Bu Məhərrəmlikdə Nigeriya şiələri 300-dən çox şəhər və kənddə İmam Hüseynin (ə) şəhadəti ilə bağlı əzadarlıq mərasimləri və yürüşlər keçiriblər./iqna