NASA təhlükəli asteroidin traektoriyasını dəyişmək üçün ona peyk ilə zərbə endirəcək

NASA təhlükəli asteroidin traektoriyasını dəyişmək üçün ona peyk ilə zərbə endirəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

NASA-nın Yer kürəsinə təhlükəli olan asteroidlərin traektoriyalarının dəyişdirilməsi üzrə təcrübəsinə gələn ay start veriləcək. NASA bu barədə rəsmi məlumat verib və qeyd edib ki, missiya DART adını əldə edib. Bu qeyri adi missiya çərçivəsində NASA agentliyi kosmosa 2 ədəd peyk göndərəcək və onlar Didim adlı asteroid ilə onun peyki olan Dimorf-a tərəf istiqamət alacaqlar. Qeyd etmək lazımdır ki, Didim asteroidinin eni 780 metr, Dimorf-un eni isə 160 metr təşkil edir. DART missiyasının əsas məqsədi bu kosmik obyektlərin tərkiblərini və ya orbitlərini müşahidə etmək deyil. Missiyanın əsas məqsədi onların uçuş traektoriyalarını dəyişməkdir. Buna isə həmin obyektlərə yüksək sürətlə toqquşma halında nail olmaq olar.

Hal hazırda Didim ilə Dimorf Yer kürəsi üçün potensial təhlükə mənbəyi hesab olunurlar. NASA əməkdaşları göndəriləcək peykləri toqquşmadan öncə saatda 24.000 km sürətə çatdırmağa çalışacaqlar. Onların hesablamalarına əsasən nəticədə Dimorf-un hərəkət sürəti 1/100 hissə dəyişəcək. Bu cür göstəricinin aşağı olması fikri yaransa da, mütəxəssislərin sözlərinə əsasən bu, kosmik obyektin dövr perioduna dəyişiklik etmək üçün kifayətdir. Qeyd etmək lazımdır ki, missiya çərçivəsində göndəriləcək peyklər Light Italian CubeSat for Imagine Asteroids (LUCIACube) adını əldə ediblər. Onlar 23 noyabr tarixində SpaceX-in Falcon 9 raketi vasitəsilə kosmosa göndəriləcəklər./technote.az