NASA qara dəliyin qorxuducu səsini sərgiləyib (VİDEO)

NASA qara dəliyin qorxuducu səsini sərgiləyib (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

NASA kosmosun əsl səslərini özündə birləşdirən audio faylı təqdim edib. Söhbət, qara dəlikdən gələn səslərdən gedir. Səsləri qeydə alınmış qara dəlik Yer kürəsindən 250 milyon işıq ili uzaqlığında yerləşən Persey klasterinin (qalaktikalardan ibarət qruplaşma) mərkəzindədir. Qalaktikalardan ibarət bu qruplaşma Persey bürcündə yerləşir. Persey bürcü isə kainatın ən yüksək kütləli strukturlarından biridir. Bu bürc özündə minlərlə qalaktikanı birləşdirir və həmin qalaktikalar milyonlarla dərəcə Selsi temperatura sahib qaz buludu ilə əhatə olunub.

“Kosmosda səsin olmadığı mifi kosmik məkanın böyük hissəsinin vakuumdan ibarət olduğundan irəli gəlir. Səs dalğaları isə vakuumda yayıla bilmirlər. Lakin qalaktikalardan ibarət qruplaşmalarda o qədər yüksək miqdarda qaz var ki, biz real səsləri təyin etməyi bacardıq” – deyə NASA mütəxəssisləri qeyd ediblər.

    Qara dəlikdən gələn siqnallar Chandra adlı rentgen teleskopu vasitəsilə hələ 2003-cü ildə əldə edilmişdilər. Lakin indəyənə kimi həmin siqnalları insan qulağının eşidə biləcəyi səsə çevirmək mümkün deyil idi. Bu problemi aradan qaldırmaq üçün mütəxəssislər sonifikasiya üsulundan istifadə ediblər. Bu üsul əldə edilmiş məlumatları səs formatına çevirmək imkanını verir. Nəticədə onlar qara dəlikdən gəlmiş siqnalları audio formata çevirə biliblər. Əldə edilmiş audio fayl sayəsində qara dəliyin necə səsləndiyini eşitmək olar. Bir çox istifadəçinin sözlərinə əsasən bu cür səs çoxlu sayda qorxulu filmlərində səs effekti kimi istifadə edilə bilər./technote