NASA NÜVƏ RAKET MÜHƏRRİKİ HAZIRLAYIR – SƏBƏB

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkdaşlıq edərək, 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.

Bu barədə Amerika Aeronavtika və Astronavtika İnstitutunun təşkil etdiyi forumda NASA-nın administratoru Bill Nelson bildirib.

“Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir”, – deyə Nelson əlavə edib./lent