NASA AYDA HƏYAT ÜÇÜN TARİX TƏYİN ETDİ

ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) insanların 2030-cu ilə qədər Ayda məskunlaşa biləcəyini qeyd edib.

Agentlik insanların həm aya getmələrini, həm də orada yaşamalarını istəyir.

NASA vurğulayıb ki, Ayda məskunlaşmaq kosmosun fəthini insanlıq üçün daha yaxın edəcək:

“Bu, təkcə ABŞ üçün deyil, bütün dünya üçün belədir. Proses dərin kosmosun tədqiqi istiqamətində atdığımız ilk addımdır”.

Qeyd edək ki, NASA layihəyə 2020-ci ildən start verib./qafqazinfo