"Mziuri"də 13 iyunun rəmzi olan begemot “Beq”in heykəlinin açılışı baş tutub

“Mziuri”də 13 iyunun rəmzi olan begemot “Beq”in heykəlinin açılışı baş tutub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mziuri” uşaq şəhərciyində 13 iyunun rəmzi olan begemot “Beq”in heykəlinin açılışı baş tutub. Tədbirdə paytaxt meri Kaxa Kaladze iştirak edib.

“Bugünkü gün qismən xoşdur, çünki o çətin gündə şəhərdə sakitcə addımlayan, bədbəxt şəhərdə diz üstə duran begemotun heykəli açıldı. Bu heykəlin “Mziuri” parkında olması qərarını verdik. Arzu edirəm ki, bu heykəlin ətrafında həmişə çoxlu sevinc, xoşbəxtlik və uğur olsun. Bu şəhərdə yaşayan insanlar və ölkəmizin hər bir vətəndaşı hər daim güclü olsun”-deyə Kaxa Kaladze bildirib.

Tbilisi meriyasından verilən məlumata görə, heykəltəraş Erekle Tsuladzenin heykəli meriyanın elan etdiyi və 2015-ci ilin 13 iyun hadisələrinə həsr olunmuş müsabiqənin qalibi olub.

“Heykəl müassir texnologiyalar vasitəsilə, yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanıb. Qeyd etmək lazımdır ki, Gürcüstanda açıq havada və ya interyerdə ilk dəfə bu tip heykəl ucaldılıb. Heykəlin eskiz müsabiqəsi 2019-cu ildə elan edilib. Müsabiqədə həm gürcü, həm də xarici müəlliflər, fiziki və ya hüquqi şəxs statusuna malik müəlliflər qrupu iştirak edə bilərdilər.

Müsabiqədə qalib gələn müəllif Tbilisi meriyası tərəfindən yaradılmış və incəsənət sahəsinin nümayəndələrindən ibarət 12 nəfərlik müsabiqə komissiyası tərəfindən seçilib” – deyə meriyanın məlumatında bildirilir./1tv