Müsəlmanlar bir ay ərzində kanadalılara İslamdan danışacaqlar

Müsəlmanlar bir ay ərzində kanadalılara İslamdan danışacaqlar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hər ilin oktyabr ayı ərzində Kanada ənənəvi olaraq İslam tarixi aylığını qeyd edir.

Bu il tədbirdə əsas diqqət təcrübə mübadiləsi, həmçinin irqçilik və islamofobiyadan qurtulmaq üsullarına həsr ediləcək.

“Kanadada İslam tarixi aylığının (IHMC) məramı zəngin müsəlman irsi və müsəlmanların cəmiyyətin inkişafına verdikləri töhfələrlə digər kanadalılarla bölüşmək və onları məlumatlandırmaqdan ibarətdir”, – tədbirin saytında bildirilir.

İslam cəmiyyətləri bütün ölkə ərazisində informasiya sessiyaları, dərnəklər, sərgilər keçirəcək, yerli əhalini məscidlərə dəvət edəcək, mövzu ilə əlaqədar digər yığıncaqlar təşkil edəcəklər./shafaqna