Müsəlman dünyasının ilk azərbaycanlı qadın deputatına film həsr edilib

Müsəlman dünyasının ilk azərbaycanlı qadın deputatına film həsr edilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevaya həsr olunmuş animasiya filmi çəkilib.

“Report”un yerli bürosu xəbər verir ki, Qadınların Təşəbbüslərinə Dəstək Qrupu qeyri-hökumət təşkilatının (QHT) layihəsi əsasında hazırlanan “Pərixanım Sofiyeva” adlı qısametrajlı ekran əsəri Tbilisinin “Amirani” kinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

QHT nümayəndəsi Natalia Mçedlişvili “Report”a müsahibəsində bildirib ki, P.Sofiyeva cizgi filminin qəhrəmanı kimi həm gender məsələsi, həm də azərbaycanlı xanımın icmasındakı nüfuzu baxımından maraqlı olub: “Araşdırmalar zamanı aşkarladıq ki, Pərixanım Sofiyeva yerli və qadın icmasına qayğı göstərib, nüfuzundan xeyirli məqsədlər üçün istifadə edib”.
Onun sözlərinə görə, ekran əsərinin istehsal prosesinə azərbaycanlı icmadan məsləhətçilər də cəlb olunub:
“Animasiya filmi gürcü dilində ingilis dilində altyazılarla təqdim olunub. Cizgi filminin Azərbaycan dilli versiyası da hazırdır və tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın azərbaycanlı icma üçün nümayişi də təşkil olunacaq”.
Qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın deputat kimi düşüb.