Müəmmalı proses: Qitənin ən hündür dağı yoxa çıxır – İzahı tapılmır

Müəmmalı proses: Qitənin ən hündür dağı yoxa çıxır – İzahı tapılmır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Fransa və İtaliya sərhəddində yerləşən Alpların və Avropa qitəsinin ən yüksək dağı Monblana (4 807 metr) ekspedisiya təşkil edən mütəxəssislər dağın 2017-ci illə müqayisədə 91 santimetr qısaldığını müəyyən ediblər.

2017-ci ildə həyata keçirilən ekspedisiya zamanı 4 min 808 metr 72 santimetr olaraq ölçülən dağın zirvəsi son ölçmələrdə 4 min 807 metr 81 santimetr olaraq müəyyən olunub.

Ölçmələrlə əlaqədar açıqlama verən mütəxəssislər bildiriblər:

“Bu qısalmanı izah etmək iqlimşünasların, buzlaqşünasların və digər elm adamlarının səlahiyyətindədir”.

Mütəxəssislər Monblan zirvəsinin 2001 -ci ildən bəri davamlı olaraq qısaldığını və ildə orta hesabla 13 santimetr itirildiyini açıqlayıblar.

Zirvəsi qar və buzla örtülü olan Monblanın hündürlüyü buzlaqların əriməsinə görə dəyişir./teleqraf