MSXETA TƏBİƏTİNDƏ QƏDİR-XUM BAYRAMI KEÇİRİLİB

MSXETA TƏBİƏTİNDƏ QƏDİR-XUM BAYRAMI KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu günlər Gürcüstanın bir çox rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün “Qədir-xum” bayramı ilə əlaqədar mərasimlər təşkil olunur, tədbirlər keçirilir və bayram süfrələri açılır.

Həmin tədbirlərdən biri də Dağlıq Msxetanın füsunkar mənzərələrinin birində keçirilib. Msxaldidi kənd sakinlərinin iştirakı ilə təşkil olunan mərasim Tbilisi Cümə məscidinin axundu Məşədi Humbət Quliyevin Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Tədbirdə Msxaldidi kənd məscidinin axundu Hüseyn Şahverdiyev və Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Qədir-xum hadisə və təfəkkürünün məna və önəmi haqqında danışıb, Hz. Əlinin (ə) fəzilət və məqamından söhbət ediblər.