MÖVSÜMİ QRİPİN VAKSİNASİYASI 11 DEKABRA QƏDƏR PULSUZ OLARAQ DAVAM EDƏCƏK

Dekabrın 10-u da daxil olmaqla qrip əleyhinə vaksinasiya istənilən şəxs üçün pulsuz olacaq. Bu barədə Səhiyyə Nazirliyindən Gürcüstanın Birinci Kanalına məlumat verilib. Peyvənd olunmaq istəyənlər vaksinasiya prosesinə qoşulmuş 400-ə yaxın tibb müəssisəsində xidmətdən faydalana biləcəklər.

İmmunlaşdırma üzrə dövlət proqramı çərçivəsində Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvəndlərdən biri olan “Sanofi Pasteur” istehsalı dördkomponentli 200 min doza peyvənd alıb.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi sentyabrın sonunda vaksinasiya prosesinə başlayıb. Birinci mərhələdə xəstəliyin ağırlaşma riski yüksək olan şəxslər xidmətdən yararlanıblar, noyabrın 5-dən isə peyvənd olunmaq istəyənlər üçün vaksinasiya pulsuz olub. Daha sonra bu müddət noyabrın 30-dək uzadılıb. Səhiyyə Nazirliyinin qərarına əsasən, dekabrın 5-dən dekabrın 10-u da daxil olmaqla peyvənd olunmaq istəyənlər üçün vaksinasiya pulsuz olacaq./1tv