Moskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | Foto

Moskvanın ən qədim İslami binası: “Moskva Köhnə Came Məscidi” | Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

18-ci əsrin 70-ci illərdə Moskvada taun xəstəliyi yayılan zaman xeyli sayda müsəlman, o cümlədən məscidin yerləşdiyi torpağın sahibləri öldülər və “Köhnə Came” adlanan bu məscid bağlandı.

 

Rusiyanın federasiyasının paytaxtı Moskva şəhərinin tatarlar yaşadığı məhəlləsində bu ölkənin ən qədim məscidi yerləşir.

“Köhnə Məscid” adlanan bu ibadət ocağı 1712-ci ildə tikilib. Əlbəttə bəzi tarixi araşdırmaçılar Moskvada ilk məscidin 16-cı əsrdə və ya daha öncə tikildiyini qeyd edirlər. Çünki Monqollar Moskvanı 13-cü əsrdə işğal etmişdilər və onların işğalı ilə İslam dini bu şəhərdə yayılmışdı.

“Köhnə Came” adlanan bu məscid taxtadan tikilib. 18-ci əsrin 70-ci illərdə Moskvada taun xəstəliyi yayılan zaman xeyli sayda müsəlman, o cümlədən məscidin yerləşdiyi torpağın sahibləri öldülər və məscid bağlandı.

Bəzi rəvayətlərə görə, Tatarlar məhəlləsində yerləşən bu məscid göstərilən tarixdən daha öncə burada tikilib və Moskva 1812-ci ildə Napeleon tərəfindən işğal edildikdə məscid yandırılıb.

Məscidin hazırkı binası Nəzar Bəy Xaçalovun hədiyyə etdiyi torpaq sahəsində 1823-cü ildə bir qrup müsəlman tərəfindən yenidən təmir və bərpa edilib.

Məscid əvvəlcə sadə bina formasında və bir minarəli tikilmişdi. 1881-ci ildə Rusiya çarı II Aleksandırın (1855-1881) icazəsi ilə məscidin ərazisi genişləndirilib və məscidə günbəz əlavə edilib.

20-ci əsrin əvvələrində Moskvada 10 min müsəlman yaşayırdı və bu məscid 1904-cü ilədək Came Məscidi adlanırdı.

1915-ci ildə məscidin yanında bir mədrəsə də tikilərək məscidə birləşdirildi.

Bu məscid 1923-1925-ci illərdə tatar dini alim Musa Carullabeyov tərəfindən idarə edilirdi.

Kommunistlər 1963-cü ildə məscidin camaat imamı Şeyx Abdullah Şəmsuddinovu həbs və edam edirlər.

1937-ci ildə isə məscid bağlanır, əvvəl çayxanaya, sonra isə Mədəni Müdafiə Qərargahı binasına çevirilir. Daha sonra əsgərlər üçün kitabxana kimi istifadə edilir.

Məscidin günbəz və minarəsi 1967-ci ildə dağıdılır.

1991-ci ildə Moskva müsəlmanları qədim məscidi yenidən alır, təmir və bərpa edirlər. 1993-cü ildə məscid yenidən müsəlmanların istifadəsinə verilir.

Bu gün məscidə Rusiya Müsəlmanları Dini İdarəsi nəzarət edir.

Rusiya müsəlmanları bu məscidə xüsusi önəm verir və məscidi özlərinin tarixinin bir hissəsi hesab edirlər. / iqna

Moskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | FotoMoskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | Foto