MOSKVADA “BEYNƏLXALQ MÜSƏLMAN ASSAMBLEYASI”NIN 18-Cİ KONFRANSI KEÇİRİLİB

İslam dünyası ilə bağlı ən mühüm və ən böyük konfranslardan biri olan bu konfrans, 2022-ci il dekabrın 7-dən 10-dək Moskvada keçirilən tədbirdə ədalət, tarazlıq, ilahi prinsiplər və dünya nizamı İslam və Quran nöqteyi-nəzərindən izah edilib.

Bu tədbir hər il “Rusiya Müsəlmanları Ruhani İdarəsi”, “Moskva İslam İnstitutu”nun əməkdaşlığı və “Əl-Mustafa” Universitetinin (İran) iştirakı ilə keçirilir. Bu konfransda İran, Rusiya və digər ölkələrdən görkəmli ustadların iştirakı ilə İslam nəzərindən ədalət və dünya nizamı mövzusunda yüzdən çox elmi məqalə təqdim olunub.

Rusiya İslam Araşdırmaları Fondunun (İbn Sina) açıqlamasına görə, bu konfransda İslam Dinlərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi və İrandakı Əl-Mustafa (s) Universitetinin ustadlarından biri Höccətül-İslam vəl-müslimin Həmid Şəhriari, İran prezidentinin nümayəndəsi Höccətül-islam vəl-müslimin Məhəmməd Hacı Əbülqasim, Rusiyanın müxtəlif şəhərlərindən sünni və şiə alimləri, din və siyasi xadimlər, iranşünaslar və şərqşünaslar iştirak edib.

Beynəlxalq Müsəlman Forumunun 18-ci konfransı İran prezidenti Seyyid İbrahim Rəisinin nümayəndəsi Höccətül-İslam Hacı Əbulqasimin onun mesajını oxuması ilə başlayıb.

İbn Sina Fondu İran İslam mədəniyyəti və sivilizasiyası, dini, elmləri və İslam fəlsəfəsi sahəsində çoxlu əsərləri olan elmi, mədəni və dini mərkəzlərdən biridir. O, dördüncü dəfədir ki, bu konfransda iştirak edir.

Bu münasibətlə İbn Sina Fondu və Sədra Nəşrləri rus dilində 350-dən çox kitabdan ibarət əsərlərinini sərgidə təqdim ediblər ki, bu da iştirakçıların böyük marağına səbəb olub./iqna