"ƏMİN" XEYRİYYƏ FONDU QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ UŞAQLARI SEVİNDİRİB

“ƏMİN” XEYRİYYƏ FONDU QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ UŞAQLARI SEVİNDİRİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Əmin” Xeyriyyə Fondu, Qurban bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edib.

Fondun rəhbəri Mahir Məmmədovun verdiyi məlumata görə, bir çox yardımsevər həmvətənlərimiz bu aksiyaya qoşularaq 20 xırda buynuzlu kiçikbaş heyvanın alınaraq qurbanlıq edilməsinə vasitə olublar. “Toplanan yardımlarla Gürcüstanın müxtəlif bölgələrindən olan 120 valideyn himayəsindən məhrum ehtiyaclı uşaqların ailəsinə və 40-a yaxın aztəminatlı ailələrə (3 kq.) qurbanlıq əti şəkilində paylanıldı.
Əmin Yardım Fondu bu yolda maddi və mənəvi dəstəyi olan hər bir kəsə təşəkkür edir, Allahdan əcr diləyir.
Xatırladaq ki, “Əmin Xeyriyyə Fondu” artıq 3 ildir ki, hər ay himayəsinə götürdüyü 110 uşağa uşaqbaşına 50 lari olmaqla yardım edir. Eyni zamanda Novruz, yeni il, Ramazan və Qurban bayramlarında da xeyriyyəçi və yardimsevər insanlardan topladığı ianələr hesabına ərzaq və nəqd pul şəkilində öhdəsinə götürdüyü valideyn himayəsindən məhrum ehtiyaclı uşaqların və eləcə də gözləmə növbəsində olan müraciət edənlərin ailəsinə yardımlar edir.