İlin əvvəlindən meşə yanğınları nəticəsində Kanadada 16,5 milyon hektar ərazi ziyan görüb.
Bu barədə Kanadanın Təbiət Yanğınları İdarələrarası Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, bu il yanğına məruz qalan ərazilərin sahəsi 1,6 milyon hektar artıb.
Hazırda Kanadada aktiv meşə yanğınlarının sayı 1052-dir.
Onlardan 695-ni nəzarət altına lamaq mümkün olmayıb.
Quraq hava yanğının yayılmasına şərait yaradır.
Ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb.
Kanadada yanğınların söndürülməsinə 10 ştatdan ən azı 1800 xarici yanğınsöndürən cəlb edilib./lent