Meksikanın keçmiş prezidenti Felipe Kalderon son səfəri zamanı səmimi qarşılanmaya görə Şarcə Qurani-Kərim Assambleyasına eramızın 1760-cı ilinə aid nadir əlyazmasını təqdim edib.
Yazılı müraciətində o, bunu bu kompleksi ziyarət etdiyinə və onun qədim mədəni-tarixi sərvətlərinin onda dərin təsirlər buraxdığına görə minnətdarlıq üçün etdiyini vurğulayıb.
Şarcə Qurani-Kərim Assambleyasının baş katibi Şirzad Əbdür-Rəhman Tahir də bu hədiyyəni qiymətli hədiyyələrdən biri adlandırıb. O, eyni zamanda bu mərkəzin İslamın elmi, mədəni və əxlaqi dəyərlərinin genişləndirilməsində, mötədilliyin gücləndirilməsindəki roluna toxunub.
Şarcə Qurani-Kərim Assambleyasının baş katibi vurğulayıb ki, Meksikanın keçmiş prezidenti tərəfindən bağışlanmış və miladi 1760-cı ilə aid olan bu arxeoloji əlyazma Əl-Fiyyə İbn Malikin mühüm təfsirlərindən biridir. Kitabın adı isə “Şərhül-Əşmuni Əla Əlfiyyəti İbn Malik”dir.
Bu kitabın müəllifi hicri 900-cü ildə vəfat etmiş Əli ibn Məhəmməd ibn İsa Əbul-Həsən Nurəddin Əl-Şafi əl-Qahiridir. Bu təsvirin ikinci cildi bu mərkəzə hədiyyə edilmişdir./iqna