Mask insanları Marsa köçürməyin neçəyə başa gələcəyini açıqlayıb - FOTO

Mask insanları Marsa köçürməyin neçəyə başa gələcəyini açıqlayıb – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hazırkı şərtlər altında Marsa insan göndərilməsi 1 trilyon dollara başa gələ bilər.

Bu barədə “SpaceX”in baş direktoru İlon Mask bildirib.

“Biz Marsı koloniyalaşdıra bilmərik, çünki bu, hələlik çox bahadır. Bu gün Marsa insan göndərmək hazırda 1 trilyon dollara (1,7 milyard manat) başa gələcək. Fakt budur ki, təkcə raket bəs etmir, insanlara tibbi avadanlıq, rabitə vasitələri lazımdır”, – deyə milyarder izah edib.

 

Mask həmçinin yeraltı hidroponik fermalardan istifadə edərək özünü təmin edən koloniya şəhərləri qurmaq istədiyini açıqlayıb. Milyarderin sözərinə görə, onlar günəş enerjisi ilə işləyəcəklər.

“Bu yolla şirkət məhsul yetişdirmək və insanları ərzaqla təmin etmək üçün bütün şəraiti təmin edə biləcək”, – deyə o, bildirib.

Qeyd edək ki, “SpaceX”in baş direktoru 5-10 il ərzində Marsa insan yollamağı planlaşdırır. Hazırda şirkət müstəmləkəçilərin və yüklərin başqa planetə daşınması xərclərini azaltmağın yollarını axtarır.

Mənbə: Gazeta.ru