Marsın təbii rənglərdə fotosu təqdim edilib

Mars Express adlı planetlərarası stansiyanın fəaliyyətinin 20 illik yubileyi şərəfinə Avropa Kosmik Agentliyi (ESAMars planetinin minimum filtrə sahib 90 ədəd təsvirindən təşkil edilmiş panoram fotosunu təqdim edib. Panoram fotodan məlum olub ki, Mars bir çox insanın düşündüyü kimi heç də tam olaraq qırmızı planet deyil. Panoram fotoda bir çox rəng çalarını görmək olar. Onlardan hər biri Marsın səthi üçün xarakterik olan müəyyən tərkib hissələrini əks etdirirlər.

as6yv74cov1ajaKbEotnE2q1z2Kr3

Məsələn qara və mavi sahələr vulkanik aktivliyə işarə edirlər. Vulkanik aktivlik zamanı boz-qara rəngli bazalt qumu planetin səthinə yataraq qara geniş laylar formalaşdırırlar. Külək isə həmin qumları səth üzrə yayaraq böyük ölçülü qum təpələrini formalaşdırır. Panoram fotoda həmçinin ağ rəngli ləkələri görmək olar. Onlar sulfat minerallardır. Sulfat çöküntülər ona işarə edirlər ki, zamanında su daha turş şəraitdə yoxa çıxıb. Bu isə o deməkdir ki, Mars hətta okeanlara sahib olduğu bir vaxtda da həyat üçün dost olmayan bir mühiti özündə birləşdirib./technote