Marneuli rayonunun Daştəpə kəndində yerləşən Hz. İmam Medhdi (ə) adına məscidin həyətində Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.
Quran tilavəti ilə başlayan tədbirdə Məscidin axundu Kərbəlayi Sabir Ramazanov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Türkiyədən tanınmış İslam alimi Hacı Mehdi Aksu, Kərbəlayi Ramil Qəhramanov və başqaları çıxış ediblər.
Çıxış edənlər bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bu böyük bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. Allahın Peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəlikləri açıqlayıblar.
Nəhayət, şeir və İlahilərlə davam edən tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram şirniyyat süfrəsinə dəvət olunublar.