MARNEULİDƏ “ƏRBƏİN MAHİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB – Foto

MARNEULİDƏ “ƏRBƏİN MAHİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB – Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyinin iclas zalında İmam Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Ərbəin mahiyyəti” başlıqda seminar təşkil olunub.

Marneuli rayonu və kəndlərdən dəvət olunan inanclı xanımların iştirak etdiyi seminarda öncə seminarın moderatoru Rəhimə Qurbanova seminarın açıq elan edərək Quran tilavəti üçün kürsüyə Fatimə Suleymanovanı dəvət edib.
Sonra Gürcüstan Müsəlman Qadınları İcmasının üzvləri Naidə Hacıyeva, Esmira Nəsibova və Günay Quliyeva mövzu ətrafında şıxışları olub.
Çıxış edənlər Ərbəinin mənəvi mahiyyəti, fayda və nəaliyyətləri, İmam Hüseyn (ə) məktəbində insani məqam və məsuliyyət dərsləri ətraflı danışıblar.
Seminarda Əsmaya, Elminaz və Gül xanım Kərbəla müsibəti haqda şeir və mərsiyələr oxuyub.
Nəhayət seminar İmam Zaman (ə) duası ilə sona çatıbdır. Sonda İmam Hüseyn (ə) adına sadə ehsan süfrəsi açılıbdır.