MARNEULİDƏ HZ. ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB – FOTO

Marneulidə yerləşən “Əhlibeyt” cəmiyyətinin tədbir salonunda Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə bayram mərasimi təşkil olunub.
Gürcüstan Müsəlman Qadınları İcmasının və “Hz. Zeynəb (s.ə) Cəmiyyətinin” birgə təşkilatçılığı ilə keçirilən mərasimə Marneulinin rayon və kəndlərindən inanclı xanımlar dəvət olunub.

Tədbiri Əsmayə Əbilova xanım təbrik və giriş sözü ilə açıq elan etdikdən sonra sözü Qurani-Kərimdən ayələr tilavət etmək üçün Laləzar İbrahimovaya verib. Sonra BGMİ-nin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın digər üzvləri olan Nahidə Hacıyeva və Aidə Hüseynova çıxıç edib. İslamda nümunəvi qadın simvolu olan Hz. Zeynəbin (s.ə) həyatı, fəziləti və örnək özəllkləri, Xanımın Kərbəladakı rolu söhbətlərin əsas mövzularından olub.

Peyğəmbər (s) nəvəsi, Əli (ə) və Fatimə (s.ə) qızı və imamət bacısı Hz. Zeynəbin (s.ə) səbri, fədakarlığı və həyalı həyatından bəhs edən videoçarx nümayiş etdirilib, şeir və hədislər oxunub.
Mənəvi bayram əhval ruhiyyəsi abu-havasında keçirilən mərasimdə Gürcüstanlı məddah Səid Həsən ilahilər ifa edib.

Mərasim birgə dua oxumaqla sona çatıb. Mərasim iştirakçıları bayram şirniyyatı süfrəsinə qonaq olublar. Onlara yeni ilin dini təqvimi hədiyyə edilib.