Dünən Qardabanidə yerləşən Əlhikmə mərkəzində İmam Baqirin (ə) təvəllüd gününə həsr olunmuş “Əhlibeytin elmi töhfələri” başlıqda, bu gün isə Marnelidə – Əhlibeyt Cəmiyyətinin mərasim salonunda “Hz. Fatimeyi Zəhranın (s.ə) şəxsiyyəti və məqamı” mövzusunda tədbir keçirilib.
Din xadimləri, inanclı şəxslər ictimaiyyət və media nümayəndələrinin də qatıldığı tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi və ölkəmizdə səfərdə olan Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani və onu müşayiət edən nümayəndə heyəti də iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan hər iki tədbirdə öncə BGMİnin şeyxi Hacı Ramin İgidov qonaqlara xoşgəldin söyləyərək Gürcüstanda Dini durum, dövlətin dinə dəstəyi, dini təşkilat və din xadimlərinin təqdirəlayiq fəaliyyətindən danışıb.
Tədbirdə dəyərli alim, bir çox dini əsərlərin müəllifi Ayətullah Rza Ramazani Hz. Fatimeyi Zəhranın (s.ə) və Peyğəmbər (s.ə) Əhli-beytinin (ə) məqam və fəzilətlərindən, örnək həyatları və ibrətli kəlamlarından danışıb.