Məscidul-Əqsanın Cümə namazında 45 min nəfər iştirak edib

Məscidul-Əqsanın Cümə namazında 45 min nəfər iştirak edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cari həftənin Cümə günü, 3 Sentyabr 2021-ci il, sionist rejiminin işğalda olan Qüds şəhərində qodyuğu sərt məhdudiyyətlərə rəğmən Əqsa məscidində 45 min fələstinli Cümə namazı qılıb.

Fələstin İnformasiya Mərkəzinin bu barədə verdiyi məlumata əsasən, işğalçı sionist rejiminin hərbiçiləri Əqsa məscidinin ətrafında postlar qurmuş və yoxlama məntəqələri qurmuşdular ki, fələstinli cavanların müqəddəs məscidə girişinə mane yaratsınlar.

Buna baxmayaraq fələstinli cavanlar maneələri yararaq Cümə namazını Əqsa məscidində qılıblar.

Fələstinin İslami Fondlar İdarəsinin elan etdiyinə görə, bu həftənin Cümə namazında 45 min fələstinli iştirak edib. Bundan əlavə yüzlərlə insan məscidin giriş qapılarının arxasında qalıb. / iqna