Yerli mətbuat xəbər verir ki, Mərakeşdə 50,4 dərəcə rekord temperatur qeydə alınıb.
Mətbuatın məlumatına görə, bu, tarixdə ilk dəfədir ki, temperatur 50 dərəcəni keçib.
Güclü istilər Mərakeşin bir sıra şəhərlərinə – Layoune, Smara və Aqadirə təsir göstərib, burada qırmızı həyəcan siqnalı işə salınıb.
Mərakeşli meteoroloqların məlumatına görə, yüksək temperatur yaxın günlərdə də davam edəcək.
Medianın yazdığı kimi, bu həyəcanverici rekord temperatur Mərakeşdəki iqlim dəyişikliyinin bütün dünyada ekstremal hava şəraitinə təsir göstərəcək nəticələrini vurğulayır./1tv.ge