Mərakeşdə 6,8 bal gücündə zəlzələ nəticəsində ən az 300 nəfər həlak olub

Mərakeşdə baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 300 nəfər ölüb.

Təbii fəlakətin episentri Mərakeşin cənub-qərbində, Atlas dağlarında 71 km dərinlikdə qeydə alınıb.19 dəqiqədən sonra isə güclü təkrar zəlzələ təkanları qeydə alındı.

Fəlakət ən çox YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mərakeşə ziyan vurub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 153 nəfər xəstəxanaya yerləşdirilib./1tv.ge