Məhəbbət, ibadət edən və məbud arasındakı əlaqənin əsasıdır

İbadət edənlə ibadət edilən arasında münasibət müxtəlif növ ola bilər. Amma İbrahimin (ə) həyatında bu münasibətin əsasının məhəbbət olduğunu görürük.

Ayətullah Seyyid Mustəfəvi Mühəqqiq Damad Qurani-Kərimin təfsir məclisində “Şüəra” surəsi ilə bağlı təfsir məqamlarını ifadə edib. Aşağıda onun bir hissəsini oxuya bilərsiniz.

Həzrət İbrahim (ə) müşrik qövmünə dedi: “Ey qövmüm, siz tanrılarınızı çağırdığınız zaman onlar sizin səsinizi eşidirlərmi? Yaxud eşitsələr,    sizə bir xeyir və ya zərər verə bilirlərmi? Bu insanların cavabından aydın olur ki, onlar tamamilə fikir və düşüncəyə qərq olmuşdular, ona görə də İbrahimə cavab verdilər: “Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” -deyə cavab vermişdilər” (Şüəra, 74).

Məhz burada İbrahim (ə) danışmağa başladı və dedi: “Siz öz məbudunuzu təqlid üzündən seçdiyiniz zaman nə qədər səhv etdiyinizi başa düşürsünüzmü?” Burada həzrət İbrahim (ə) məhəbbət və düşmənçilikdən bəhs edir və vurğulayır ki, Allah sizin tərəfinizdən və siz də Onun tərəfindən sevilməlisiniz. Məbud ibadət edənin sevdiyi və sevimlisi olmalıdır. Bu əlaqə Quranda var: “O, onları sevir, onlarda Onu sevirlər”. İbrahim öz Tanrısını axtararkən deyirdi: “Mən batanları sevmirəm”. Ona görə də ibadət edənlə Allah arasındakı münasibət sevgi münasibəti olmalıdır.

 

Burada İbrahim (ə) Allahın özünü dinləyicilərə sadə şəkildə izah etməyə başlayır və deyir ki, Aləmlərin Rəbbi dinləyənlərin hər birinin etiraf edə biləcəyi bu sadə xüsusiyyətlərə malikdir. Əvvəlcə məni yaratdı: “Məni yaradan və daim mənə doğru yol göstərən Odur”. Hamımız bir gün olmamışıq və yaradılmışıq. Bizi kim yaradıb? Bizi yaradan və hidayət edən Allahdır. Bu o deməkdir ki, mənim yaradılışım əbəs deyil və bir məqsəd və hədəf üzərində qurulmuşdur. Ona görə də mən o məqsədə doğru yönəlmişəm. Dinləyicilər deyə bilərmi ki, bütlər bizi hidayət edirlər?

İkinci xüsusiyyəti budur ki, Allah məni yedirir və içirdir:

«وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ». Düzdür, əlimlə yeməyi ağzıma qoyuram, amma yemək yeyəndə hansı qüvvə məni doydurur? Üçüncü xüsusiyyət budur ki, əgər xəstələnsəm, Allah mənə şəfa verər: Bütün digər müalicə vasitələri alət və vasitələrdir, lakin şəfa Allahın əlindədir. Dördüncü xüsusiyyət odur ki, mən öləndə Allah məni yenidən dirildir: «وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ» İbrahim tövhidin və məadın bünövrəsini atır. Bunlar elə şeylərdir ki, onlar cansız bütlərin bunları edə biləcəyini deyə bilmirdilər. Son xüsusiyyət budur ki, mən səhv edirəm, amma Allahdan günahlarımın bağışlanmasını diləyirəm: “Cəza günü günahlarımı bağışlamasına ümid etdiyim də Odur”.

İbrahim (ə) bizə dua etməyi öyrətmək üçün burada dua etməyə başladı. Əvvəlcə Allaha həmd etməli və haqqın tərifəlayiq sifətlərini sadalamalıyıq. İbrahimin ilk duası belədir: “Rəbbi Həb li hukmən və əlhiqni bil-səhalihin”. “Ey Rəbbim, mənə hökm bəxş et və məni salehlərə qovuşdur”. Bu hökm, İbrahim peyğəmbərin həm özü, həm də gələcək nəsli üçün istədiyi hikmətdir. İbrahim Allahdan ona hikmət verməsini istəyir. Hibə vermək pulsuz vermək və pulsuz sahib olmaqdır. Bu hikmət ilahi hikmətdir. Sokrat və Platonun hikməti dərslər və müzakirələrlə əldə edilir, lakin bu hikmət ilahi hikmətdir./iqna