Liviyada təbii fəlakət nəticəsində ölənlərin sayı 5 mini keçib

Liviyada fırtına və daşqınlar nəticəsində ölənlərin sayı 5 mini keçib. İndiyədək 10 min nəfər itkin düşmüş hesab olunur. Məlumatı “CNN” Liviya dövlət mediasına istinadən yayıb.

Daha dəqiq desək, Liviya Daxili İşlər Nazirliyinin məlumatına görə, insident nəticəsində azı 5300 nəfər həlak olub.

Liviyanın şimal-şərqində yağan güclü yağışlar iki bəndin dağılmasına səbəb olub və artıq su basmış ərazilərə su axıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən böyük zərər 6 minə yaxın insanın itkin düşmüş hesab edildiyi Derna şəhərində baş verib./1tv.ge