Liviya İsrailin Məscidül-Əqsaya hücumuna münasibət bildirdi

Liviya İsrailin Məscidül-Əqsaya hücumuna münasibət bildirdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Liviya Baş Naziri Əbdülhəmid Dibəybə sosial media hesabında işğal altında olan Şərqi Qüdsün Qədim Şəhərindəki Məscidül-Əqsada İsrail rejimi polisinin hücumu ilə bağlı qınaq mesajı yayımlayıb.  

Dibəybə “İsrailin ilk qibləmiz Məscidül-Əqsaya hücumunu və fələstinlilərin misli görünməmiş bir şəkildə didərgin edilməsini qınayırıq”, – deyib.

Sionist İsrail rejiminin bu fəaliyyətlərinin sülh prosesinə xələl gətirdiyinə işarə edən Liviya Baş Naziri “Beynəlxalq ictimaiyyət fələstinlilərin mənafelərinə ədalətli bir həll tapmaq məsuliyyətini yerinə yetirməlidir”, – sözlərini qeyd edib.

Mənbə: eastnews.org