LİVERPULUN DƏYƏRLİ OYUNÇUSU ÖLKƏSİNİ VƏ DİNİNİ UNUTMUR

Liverpool Echo” qəzeti futbol azarkeşlərinin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salaha olan diqqətindən bəhs edən xəbərdə belə yazıb: “Məhəmməd Salah oyunöncəsi isinmə hərəkətləri üçün gələn kimi Əl Məktum Stadionundakı izdihamın alovlanması qeyri-adi deyildi. O, ərəb ölkələrinin futbolunda sivilizasiyanın yaradıcısıdır. Məhəmməd Salahın yüz milyonlarla insanın qəhrəmanı olduğunu söyləmək mübaliğə olmaz. O, futbola Misirin “Əl-Maqaloun” klubunda başlayıb və indi İngiltərə Premyer Liqasının ulduzuna çevrilib.

Bu xəbərin başqa bir hissəsində Məhəmməd Salahın müsəlmanlara baxışların dəyişməsinə təsiri haqqında belə deyilir: “2019-cu ildə, Salahın Madriddə Çempionlar Liqasının qalibi Liverpula kömək etməsindən bir neçə həftə sonra Stanford Universitetinin araşdırması göstərdi ki, Salahın Liverpulda keçirdiyi iki il ərzində Mersisaydda müsəlmanlara qarşı nifrət cinayətləri 18,9% azalıb.

Hesabatda əlavə olunur: “Sorğunun təcrübəsi onu deməyə əsas verir ki, bu nəticələr futbol azarkeşlərinin İslam dini haqqında biliklərinin artması ilə bağlı ola bilər. Bu nəticələr göstərir ki, Məhəmməd Salah kimi məşhur insanlara müsbət baxış müsəlmanlar haqqında yeni və dəqiq məlumatlara səbəb ola bilər və ümumiyyətlə qərəzli münasibət və davranışları azalda bilər”./iqna