Latın Amerikası və Karib bölgəsində İslam Universiteti tikiləcək

Latın Amerikası və Karib bölgəsində İslam Universiteti tikiləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Latın Amerikası İslam Dərnəkləri bu yaxınlarda Braziliyanın San-Paulu şəhərində Latın Amerikası və Karib hövzəsi İslam Universitetinin yaradılması haqqında saziş imzalamaq üçün bir araya gəliblər.

Bu akademik qurum gələcək müsəlman liderlərinə Yaxın Şərq ölkələrinə və digər müsəlman xalqlarına mühacirət etmədən öz bölgələrində təhsil almağa imkan verəcək.

İlkin mərhələdə Braziliya və Meksikada yerləşəcək universitet digər ölkələrdə də filiallar açmağı planlaşdırır.

Bu universitetin baş ofisi ilkin olaraq Portuqal dilində dərslər ilə San Pauloda və ispan dilində dərslərlə Mexiko şəhərində yerləşəcək./iqna