LAQODEXİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN MÖVLUD GÜNLƏRİ İLƏ ƏLAQƏDƏR TƏDBİR QEYD OLUNUB.

25.02.2023 tarixində Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd Hz İmam Huseyn (ə) məscidində Kərbəla Sərvərlərinin (ə) mövlud günləri ilə əlaqədər mərasim təşkil olunub. Məclis Kərbəlai Fazilin Qurani kərimdən tilavət etməsi ilə acıq elan olunub. Məscidin axundu Məşhədi Hafis Tagiyev qonaqları salamlayaraq təbrik və xeyir dua etdikdən sonra söz Laqodexi rayonunun baş axundu Kərbəlai Kamran Abbasov a verilib. Kərbəlai Kamran Kərbəla sərvərlərinin məqamı, fəzilətləri və İslam dininin yaşaması, zamanımıza sağlam və sarsılmaz gəlib çatmasının səbəbkarları məs Kərbəla sərvərlərinin olmasından danışıb. Məclis aşıq Əlibəyin təbrik və şeiri ilə davam edib. Sonda məclis dualar və ehsan süfrəsi ilə sona yetişib.

Allah zəhməti keçən hər kəsdən razı olsun və qəbul eləsin.