Bu gün Gürcüstanın Laqodexi Rayonunun Uzuntala Hz Əbəlfəzl Abbas (ə) məscidində Həzrəti İmam Məhdi (ə.f) mübarək mövludu günü münasibətilə Mərasim təşkil olunub.
Məclisi Seyyid Natiq Sadiqov Qurani kərim tilavəti ilə acıq elan edib. Laqodexi Rayonunun baş axundu Kərbəlai Kamran Abbaszadə Gələn qonaqları salamlayaraq bayramlarını təbrik edib. Sonra məclisin dəyərli qonaqlarından Gürcüstan Müsəlmanları idarəsinin Şeyxinin müavini və kvemo kartili üzrə nümayəndəsi Hacı Qurban Murquzov gözəl moizəsi ilə məclisə nuraniyyət bəxş edib Gəncəlilər Hz İmam Huseyn (ə) məscidinin Axundu Hafis Tagiyev təbik və xeyir dua etdikdən sonra Söz dəyərli Alim və İlahiyyatçı Hacı Elçin Əliyev və verilib. Hacı Elçin İmam Zaman (ə.f ) qeyb dövründə müsəlmanların vəzifələri və axirəzzamanın müsbət və mənfi əlamətlərindən danışıb. Və sonda məclis İmam Zaman (ə.f) duası və ehsan süfrəsi ilə sona çatıb.
- Mart 9, 2023
- 10:12 axşam
- Redactor