Kavariyatidə Beynəlxalq Respublika inistutunun (İRİ) təşkilatçılığı ilə “Gürcüstanı inşa et” lahiyəsinin ikinci hissəsinin iclası keçirilib. Dörd günlük təşkil olunan iclasda vətəndaş cəmiyyəti təşkilatları, iş adamları, aktiv gənclərlə yanaşı müxtəlif dini icma nümayəndələri də iştirak edib.
Bir neçə komisiya, panel və qurup çalışmaları şəkilində keçirilən toplantılarda “Gürcüstandan elm adamları və ziyalıların xaricə mühacirət dalğası” haqqında müzakirələr aparılıb. “Zəkalıların köçünün” probleminin yaranması səbəbləri, nəticələri və həll yolları haqqında fikir mübadiləsi aparılıb.
İclaslarda müsəlman icmasının mövzu haqqında düşüncələri dini qrup panelində proektorla ətraflı təqdim olunaraq izah olunub.
- Fevral 5, 2023
- 12:37 axşam
- Redactor