Koreyalı tərcüməçi, Quranı niyə yenidən tərcümə etdiyini açıqlayıb.

Koreyalı tərcüməçi, Quranı niyə yenidən tərcümə etdiyini açıqlayıb.

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İslami adı Əhməd olan Li Myung-won “world.kbs” radiosuna müsahibəsində deyib ki, onun Qurani-Kərimi Koreya dilinə tərcümə etməyi planlaşdırması 1985-ci ildə ərəb dili və Quran elmləri sahəsində misirli ustad Əhməd Əbdül-Fəttah Süleymanla görüşdüyü vaxtdan başlayır.

O, bildirib ki, əgər mən Quranı başa düşməsəydim, heç vaxt tərcümə etməzdim. Mən Quranı üç il əvvəl tərcümə etməyə başlayana qədər təxminən 30 il mütaliə edib və onu başa düşməyə çalışdım.

Əhməd qeyd edib ki, Qurani-Kərim iki dəfə Koreya dilinə tərcümə olunub. Onun ilk tərcüməsi 1971-ci ildə Yonq Sonq Kim tərəfindən edilib. Yeddi il çəkən ikinci tərcüməni yeni müsəlman olmuş koreyalı Hamid Choi Yongkil etdi. O, Quranı niyə yenidən tərcümə etmək barədə düşündüyünü belə açıqlayıb: “Mövcud tərcümələr başa düşülən deyil. Buna görə də əslində Quranın Koreya dilində düzgün tərcüməsi yoxdur”.

O, həmçinin əsərində Məhəmməd Əli Səbuninin “Səfvətut-təfasir” kitabından, Seyyid Qutbun “Fi zilalil-Quran” təfsirindən və Behcət Əbdül-Vahid Əl-Şeyxlinin “Bəlağətul-Quranil-Kərim Fil-ecaz” kitabında istifadən istifadə etdiyini bildirib./iqna