Köhnə oyuncaqlarda uşaqlar üçün sonsuzluq təhlükəsi

Köhnə oyuncaqlarda uşaqlar üçün sonsuzluq təhlükəsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İsveçli alimlər müəyyən ediblər ki, köhnə oyuncaqların və paltarların 84 faizində uşaqların böyüməsinə, inkişafına və reproduktiv qabiliyyətlərinə mane olan, həmçinin xərçəng yaradan toksinlər var.

Bu barədə “Journal of Hazarous Materials Advances” jurnalında dərc olunmuş məqalədə bildirilir.

Alimlər köhnə və təzə 157 müxtəlif oyuncağın kimyəvi tərkibini müəyyən ediblər. Tədqiqat zamanı məlum olub ki, onların 84 faizində normadan yuxarı konsentrasiyalarda təhlükəli kimyəvi maddələr var. Onların arasında ftalatlar və qısa zəncirli xlorlu parafinlər (oyuncaqlarda plastifikator və yanğın gecikdirici kimi istifadə edilir) üstünlük təşkil edib.

Hətta bir çox köhnə topların tərkibində oyuncağın çəkisinin 40 faizindən çoxunda ftalatlar aşkarlanıb, bu isə qanuni həddən 400 dəfə yüksəkdir.

Yeni oyuncaqlar və əşyalarda da zərərli maddələrin az da olsa (30 faiz) qanunla müəyyən olunmuş həddin aşdığı görülüb.

Beləliklə tədqiqatlar göstərdi ki, təkrar istifadə və təkrar emal heç də həmişə insan sağlamlığı və ətraf mühit üçün faydalı deyil.

Dövri iqtisadiyyata keçid plastik və digər materiallardan zərərli maddələrin aradan qaldırılması üçün qadağalar və digər siyasətlər tələb edir./oxu