KASPİDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB(Foto)

Kaspi munisipalitetinin Ferma kəndində Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.
Rayon və ətraf kəndlərdən müsəlmanların dəvət olunduğu mərasimdə öncə məscidin axundu Kərbəlayi Pərviz Abdullayev tədbir iştirakçılarını salamlayaraq mərasim haqda məlumat verdikdən sonra Qurandan ayələr tilavət edib. Sonra çıxış üşün söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verilib.
O, öncə bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib bu böyük bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıb Allahın Peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəliklərdən danışıblar.
Tədbir şeir və İlahilərlə davam edib, Fərəc duasının oxunması ilə başa çatıb. Tədbirin sonunda bayram süfrəsi təşkil olunub.