Karl Hartsel - Avropa İttifaqının sorğu anketinin ikinci hissəsinin cavabını gözləyirik, bu isə deməkdir ki, bundan sonra söz Avropa Komissiyasına keçəcək

Karl Hartsel – Avropa İttifaqının sorğu anketinin ikinci hissəsinin cavabını gözləyirik, bu isə deməkdir ki, bundan sonra söz Avropa Komissiyasına keçəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropa İttifaqının sorğu anketinin ikinci hissəsinin cavabını gözləyirik, bu isə deməkdir ki, bundan sonra söz Avropa Komissiyasına keçəcək, – bu barədə jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bəyan etdi.

“İkinci hissənin cavabı ilə bağlı mənim gözləntim odur ki, söz verildiyi kimi vaxtənda gələcək. Bu ya çərşənbə axşamə və ya başqa gün olacaq. İnanıram ki, bu gələn həftənin əvvəlində baş verəcək. Avropa İttifaqının sorğu anketinin ikinci hissəsinin cavabını gözləyirik, bu isə deməkdir ki, bundan sonra söz Avropa Komissiyasına keçəcək, hansı da öz fikirlərini Avropa Şurasında üzv ölkələrə təqdim etmək üçün işləyib hazırlayacaq”, – Hartsel bəyan etdi.

Xatırladaq ki, Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avropa Komissiyasının sorğu anketinin birinci hissəsini Avropa İttifaqının Nümayəndəliyinin rəhbəri, Karl Hartselə mayın 2-də təhvil verdi./1tv