ABŞ-da itkin düşən iki yaşlı uşağın meyiti tapılıb.
Hadisə Florida ştatında Sent-Pitersberq şəhərində qeydə alınıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarına “ağzında nəsə olan” timsahlar barədə məlumat daxil olub. Polis ağzında itkin düşən uşağın qalıqları olan sürünənləri tapıb öldürə bilib. Meyitin qalıqlarının məhz axtarışda olan 2 yaşlı uşağa məxsus olması müəyyənləşib.