İtalyan dilində ilk dua kitabı nəşr edilib

İtalyan dilində ilk dua kitabı nəşr edilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qədir-Xum bayramı münasibətilə İtaliyanın İmam Mehdi (ə) İslam İnstitutu “Nurun pilləkənləri” adlı kitab çap edib. Bu kitabda Əmirəlmöminənə (ə) nisbət verilən ən məşhur dualardan ibarət üç dua nəşr edilib.

Bu kitabın duaları arasında “Sabah” duası, “Kumeyl” duası və Əmirəlmöminin (ə) Kufə məscidində etdiyi münacatı var. Bu kitabda duaların ərəbcə mətni və onların italyan dilində tərcüməsi var. Həmçinin duaların hər biri haqqında qısa izah da var.

Bu kitab İtaliyada və italyan dilində nəşr olunan ilk cib dua kitabıdır.

İmam Mehdi (ə) İslam İnstitutu İtaliyada 2004-cü ildə fəaliyyətə başlayan ilk və ən mühüm şiə qurumlarından biridir. Höccətül-islam vəl-müslimin Damiano Abbas de Palma, ilk və hazırda yeganə italyan şiə din xadimidir ki, bu müəssisənin müdiridir./iqna