İtaliyanın Lampeduza adası yaxınlığında miqrant qayığı batıb, 41 nəfər ölüb

İtaliyanın Lampeduza adası yaxınlığında miqrant qayığı batıb.İtaliya mətbuatının sağ qalanlara əsasən verdiyi məlumata görə, 41 nəfər ölüb.

“ANSA” agentliyinin yazdığına görə, təbii fəlakətdən sağ çıxan 4 nəfər xilasedicilərə Tunisdən Avropaya gedən qayıqda olduqlarını və İtaliya sahillərinə gedən yolda batdıqlarını bildiriblər.

Onların sözlərinə görə, qayıqda üçü uşaq olmaqla 45 nəfər olub./1tv