Sentyabr ayının 25-də İsveçin cənub-şərqində yerləşən məsciddə baş verən qəsdən yanğın bu binanın müxtəlif hissələrinə ciddi ziyan vurub.
Məscidin kommunikasiya direktoru Anas Dinesh İsveç dövlət radiosuna deyib ki, Skilstonadakı Arbi bölgəsində baş verən yanğın tamamilə düşünülmüş bir hərəkətdir.
O, polis qeydlərinin məscidin təhdid və hücuma məruz qaldığını göstərdiyini bildirib və əlavə edib: “Biz bunun qəsdən törədilmiş yanğın olduğuna əminik”.
Yerli polis də öz növbəsində məscidin zədələndiyi üçün istifadəyə yararsız olduğunu və hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
İsveç polisinin xilasetmə qrupunun əməkdaşı Anders Sessler deyib: “Məscidin əsas binasını xilas etmək mümkün olmayıb. Məscidin damından başlayan yanğın onun qalan hissəsini əhatə edib”.
Bu polisin sözlərinə görə, yanğın zamanı məsciddə heç kim olmadığından insan tələfatı qeydə alınmayıb./iqna