16 iyunda İstanbulda “D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı”nın (“İslam Səkkizliyi”) İnvestisiya Forumu keçirilib.
Bu barədə Türkiyə Ticari Palataları və Əmtəə Birjaları (TOBB) İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Tədbir D-8-in qurulmasının 25-ci ildönümü münasibəti ilə təşkil edilib və TOBB-un dəstəyi ilə D-8-in katibliyi ilə əməkdaşlıq çərçivəsində keçirilib.
Forumun işində D-8-ə üzv ölkələrin investisiya agentlikləri və ticari-sənaye palatalarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “İslam Səkkizliyi”nə Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan daxildir./shafaqna